Bakıda yük və minik maşınları toqquşdu, sürücü ağır xəsarət aldı
Dünən axşam saatlarında paytaxtın Yasamal rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Bakı Dairəvi yolunda qeydə alınıb. "Daewoo Nexia" markalı avtomobilin sürücüsü Lökbatan qəsəbəsi istqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfildən maşını əks istiqamətə döndərmək istəyib. Bu zaman arxadan gələn "Mercedes" markalı yük maşını arxadan sərnişin maşınına çırpıb. Zərbənin gücündən hər iki avtomobil yol kənarındakı dirəyə dəyib.
Qəza nəticəsində "Daewoo"nun sürücüsü ağır dərəcədə kəllə beyin travması alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı