Piyada keçidini uçuran kranın sürücüsü tutuldu
Bakıda piyada keçidinin uçması faktı ilə bağlı cinayət işi başlanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün Bakı-Salyan yolu 32 ünvanında Şabran şəhər sakini Tofiq Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada körpüsünü dağıdıb. Hadisəni törədən sürücü tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı