Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri görüşdü
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub. APA TV-nin məlumatına görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. İlham Əliyev, Abdulla Gül və Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulayıblar, qarşılıqlı əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd ediblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı