Hərbçilər avtomobil qəzasına düşdülər: 2 yaralı
Azərbaycanda hərbçilər yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Mobil oğlu Həsənovun idarə etdiyi “BMW” markalı 2avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı