35 dərəcə isti olacaq
İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı