Tutulan cibgir Polis İdarəsində şeir söylədi: "Gözəl Cəmilə..."
Yasamal rayon Polis İdarəsinin əməkdaşları vətəndaşların çoxsaylı şikayəti əsasında 1980-ci il təvəllüdlü Rasim Misirovu saxlayıblar. APA TV-nin xəbərinə görə, məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İstintaqla müəyyən edilib ki, Misirov cibgirliklə məşgul olurmuş. Dediyinə görə, cəmi 5 oğurluq epizodu olub. Lakin sadaladığı zaman bir az çox çıxıb: "Bir avtobusdan 200 manat, o birisindən 50 manat, birindən 2 dəfə telefon, 2 dəfə planşet aparmışam. Neçə oldu?"
Sumqayıt şəhər sakini Rasim Misirov ofis və mağazalardan da oğurluq edib. Əldə olunan pullar əyləncəyə xərclənib. Yeyib-içməyi və dəniz kənarında gəzməyi xoşlayan Rasım poeziyaya meyilli olduğunu gizlətmədi.
İstintaq şöbəsində hələlik 9 oğurluq epizodu ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı