Nazranda terrorçuların rəhbərinin meyitinin saxlandığı xəstəxana atəşə tutuldu: 4 yaralı
Nazranda İnquş respublikasının klinik xəstəxanası ərazisində atışma baş verib. Nəticədə xəstəxananı qoruyan 14 hüquq-mühafizə orqanın 4 əməkdaşı yaralanıb. Həkimlər iki nəfərin vəziyyətinin ağır olduğunu bildirirlər.
APA TV-nin xəbərinə görə, naməlum silahlıların hücumuna məruz qalanlar Saqopşi yaşayış məntəqəsində xüsusi əməliyyat nəticəsində öldürülmüş Artur Qataqajevanın və onunla birgə öldürülən yaraqlıların yerləşdirildiyi morqu mühafizə ediblər. İlkin ehtimala görə, hücum edən şəxslər yaraqlıların cəsədini aparmaq istəyiblər. Çünki İnquş cinayətkar qruplaşmasının lideri olan Artur Qataqajevanın cəsədi ailəsinə təhvil verilməyəcək. Hazırda silahlıların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, İnquş cinayətkar qruplaşmasının lideri bu il mayın 24-də Saqopşi yaşayış məntəqəsində xüsusi əməliyyat nəticəsində yaşayış evində mühasirəyə alınıb. Hüquq-mühafizə orqanlarının təslim olmaq əmrinə silahla cavab verən Artur Qataqajeva və onunla birgə olan yeddi yaraqlı məhv edilib. Onlar İnquşda bir neçə terror aktı törətməkdə və respublikanın baş katibi Ahmed Koyievi qətlə yetirməkdə təqsirli bilinirdi.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı