Qaxda “Cavanşir” filminin təqdimat keçirilib
Qaxda Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” filmin təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, film Mədəniyyət və Turizm Nazirliyi, Qax rayon İcra Hakimiyyəti və Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə çəkilib. Tədbirin rəsmi hissəsindən öncə iştirakçılar Milli Qəhrəmana həsr olunmuş filmə baxıblar. Daha sonra tədbir çıxışlarla davam edib. Mərasimdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə, Cavanşir Rəhimovun anası Lalə Rəhimova və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Cavanşir Rəhimov Qarabağ uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətə görə, Milli Qəhrəman adını qazanan 211 nəfərin içərisində ən gəncidir. Tədbirdən sonra qonaqlar mədəniyyət evinin foyesində yaradılmış qəhrəmanın şəkillərdən ibarət foto sərgisinə baxış keçiriblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı