Bank Of Baku

Xaçmazda yaşayış evi yanıb

# 15:26
9 iyun 2014

Bu gün günorta saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. APA TV-nin  şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Mustafayev Çingiz Əlisultan oğluna məxsus birmərtəbəli yaşayış evinin 120 kvadratmetrlik sahəsi ev əşyaları ilə birlikdə yanıb.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Yanğının başvermə səbəbləri araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR