İran prezidenti Atatürkün məzarını ziyarət etməyib
İran prezident Həsən Ruhani Türkiyəyə rəsmi səfəri çərçivəsində Anıtkabiri ziyarət etməyib.
APA TV-nin xəbərinə görə, Türkiyə prezidentinin mətbuat üzrə baş məsləhətçisi Əhməd Sevər məsələyə belə aydınliq gətirib: " Türkiyə ilə İran İslam Respublikası arasında olan diplomatik protokollarda anıt məzar ziyarətləri yer almayıb".
Əhməd Sevər jurnalistlərin suallarını cavablandırarkən deyib ki, bundan əvvəl 1991-ci ildə Ankaraya rəsmi səfər edən İİR-nın keçmiş prezidenti Haşimi Rəfzancanin də rəsmi ziyarət proqramında anıt məzarının ziyarəti nəzərdə tutulmayıb.
O əlavə edib ki, 1996-cı ildə Türkiyə prezidenti Turqut Ozal və Süleyman Dəmirəlin də hakimiyyətdə olduqları dönəmlərdə də Anıtkabirin ziyarəti rəsmi proqramlarda yer almayıb
İyunun 9-da Həsən Ruhaninin Türkiyəyə ikigünlük səfəri başlayıb. Səfər Abdullah Gülün dəvəti ilə baş tutur.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı