Azərbaycana haker hücumu edən ölkələrin adı açıqlandı
"Azərbaycana haker hücumları hər gün olur. Lakin, bunun qarşısı yüksək səviyyədə alınır". Bu barədə APA Tv-nin "Sosium" verilişində Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib: "Coğrafiyasına baxanda qəribə səslənsə də, Amerika, Çin, Rusiyanı qeyd etmək olar. Bu ölkələrin internet ünvanlarından hücum olur. İnternet ünvanı hansısa ölkəyə aid olması həmin ölkə tərəfindən olması demək deyil. Hansısa bir şəxs bir məntəqədə olmaqla başqa ölkədən hücum edə bilər.Bu, o deməkdir ki, onlarda internetin istifadəsi yüksək səviyyədədir".
Nazir müavini bildirib ki, Xüsusi Dövlət Mühafizəsi yanında agentlik yaradılıb ki, bu agentlik dövlət qurumlarının saytının mühafizəsi ilə məşğuldur. Eyni zamanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyində də bu xidmət var. Həmin xidmət daha çox ictimai saytlar, biznes qurumların, informasiya saytlarda boşluqların aşkarı, u problemlərin aradan qaldırılmasına dəstək olur.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı