Ukrayna DİN: "Rusiya ilə sərhəd bağlanacaq"
"Rusiya ilə sərhəd bağlanacaq". Bu bəyanatla Ukrayna daxili işlər nazirinin baş məsləhətçisi Anton Qeraşenko çıxış edib.
APA TV-nin məlumatına görə, Anton Qeraşenko bildirb ki, sərhədin bağlanması Ukrayna vətəndaşlarının təhlükəsizliyinin təminatı baxımından olduqca vacibdir: "Müxtəlif üsullara baxmaq lazımdır, lakin əlbəttə, sərhədi bağlayacağıq. Bunun üçün indi lazımi metod və vasitələr tapmaq lazımdır".
Rusiya ilə sərhədlərin minalanması təklifinə münasibət bildirən Geraşenko qeyd edib ki, bu addım Ukrayna vətəndaşları üçün təhlükəlidir: "Bu, sadə məsələ deyil. Milli təhlükəsizliyin daha vacib olmasına baxmayaraq, bütün lehinə və əleyhinə olan məqamları tərəziyə qoymaq lazımdır. Minalarsız da çoxlu mübarizə metodları var".
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı