Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. APA TV-nin məlumatına görə, şəhər icra hakimiyyətinin başçısı ilə birlikdə Bakıdan gələn komissiya təbii fəlakətdən ziyan çəkən evlərə baş çəkib, dəymiş ziyanla yerindəcə tanış olublar. Komissiyanın üzvləri dəyən ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilib ki, dəyən ziyan tez bir zamanda aradan qaldırılacaq. Komissiyanın üzvləri yerindəcə aktlar tərtib edib, vətəndaşların evləri siyahıya alınıblar.
Gəncədə vətəndaşların mənzillərinə dəyən ziyanın məbləğinin 1 həftə ərzində açıqlanacağı bildirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı