Marneulinin icra başçısı azərbaycanlı ola bilər
Gürcüstanın hakim "Gürcü arzusu" partiyası öz namizədi Merab Topşişvilinin Maneuli icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə namizədliyini 2 azərbaycanlının xeyrinə geri çəkib. APA TV-nin xəbərinə görə, buna səbəb gürcülərlə azərbaycanlılar arasında etnik zəmində gərginliyin qarşısının almaq göstərilir. Hazırda ərazidə ən nüfuzlu namizəd "Vahid Milli Hərəkat" Partiyasından Əhməd İmamquliyevdir. Onun əsas rəqibinin isə Nino Burcanadzenin partiyasından namizədliyini irəli sürmüş Rəşid Məmmədovun olacağı gözlənilir. Beləliklə, Gürcüstanın dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri ilk dəfə Marneulini azərbaycanlı idarə edə bilər. Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda isə "Gürcüstan vətənpərvərləri və güclü veteranları siyasi hərəkatı"ndan azərbaycanlı Telman Həsənovun namizədliyi irəli sürülüb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı