"A" qrupunun ikinci matçı: Meksika 1: Kamerun 0
Braziliyada keçirilən Dünya Çempionatında "A" qrupunun ikinci qarşılaşması baş tutub. APA TV-nin məlumatına görə, "Arena das dunas" arenasında Meksika ilə Kamerun millisi qarşı-qarşıya gəliblər. Vilmar Roldanın hakimlik etdiyi oyunun birinci hissəsi olduqca gərgin keçib. Fasiləyə komandalar heç-heçə gediblər.
Matçın ikinci yarısı da gərgin keçib. 61-ci dəqiqədə hesab açılıb və Meksika irəli keçib. Qolu Şimali Amerikalı oyunçu Oribe Peralta vurub.
Qarşılaşmasının növbəti dəqiqələrində qol vurulmayıb və matç Meksika millisinin qələbəsi ilə başa çatıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı