İŞİD Saklaviyəni də ələ keçirdi, BƏƏS-in 50 lideri öldürüldü
İraqda İŞİD terrorçuları ilə əlaqədə olan BƏƏS partiyasının 50 lideri öldürülüb. Onların Tiqritdə İraq Hava Qoşunlarına aid təyyarələrin hücumuna məruz qaldığı bildirilir. APA TV-nin məlumatna görə, BƏƏS rəhbərliyi şəhərdəki evlərdən birində toplantı keçirirmiş. Bu barədə xəbərin yayılmasından sonra evə hücum təşkil edilib. Öldürülənlərin BƏƏS-in yüksək səviyyəli rəhbərliyində təmsil olunduqları bildirilir. Səddam Hüseynin yardımçısı olan İzzət əd-Durinin oğlu Əhməd İzzət əd-Durinin də öldürülənlər arasında olduğu qeyd olunur. İzzət əd-Duri ABŞ tərəfindən axtarışdadır. Qeyd edək ki, bir neçə gün öncə Tiqritin İŞİD tərəfindən işğal edildiyi barədə xəbərlər yayılıb. Son xəbərlərə görə, İŞİD silahlıları Saklaviye bölgəsini ələ keçirib. İraq qoşunları ilə şiddətli döyüşlər gedir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı