Ukrayna ilə Rusiya arasında qaz danışıqları davam edir
Ukrayna, Rusiya və Avropa komissiyası arasında qazla bağlı 3 tərəfli danışıqlar iyunun 15-də günün ikinci yarısında davam edə bilər. Bu barədə Ukrayna Energetika və Kömür sənayesi nazirliyi məlumat yayıb. Yer və tarix isə dəqiqləşdirilir. Daha öncə Qazpromun rəsmi nümayəndəsi Sergey Kupriyanov 3 tərəfli danışıqların bu gün davam etdiriləcəyi ilə bağlı məlumatı təkzib etmişdi.
Xatırladaq ki, qazla bağlı danışıqlar Kiyevdə başlayıb. Ukrayna Rusiya qazının hər 1000 kubmetri üçün 268,5 dollar ödəyəcəyini deyir, lakin müvəqqəti olaraq 326 dollar ödəməyə hazır olduğunu bəyan edir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı