İsveçrə son dəqiqədə qələbə qazandı
Braziliyadakı Dünya Çempionatında "E" qrupunun ilk oyunu keçirilib. APA TV-nin məlumatına görə, özbəkistanlı hakim Rövşən İrmatovun idarə etdiyi oyun "Nasional" stadionunda baş tutub. 22-ci dəqiqədə hesabı Elen Valensiya açıb Ekvataor 1: İsveçrə 0.
İsveçrə millisinin oyunçuları rəqib qapısını hücumlarla təzyiq altında saxlayıblar.
İkinci yarıya İsveçrə qolla başlayıb. 47-ci dəqiqədə Ekvator qapısına kəllə zərbəsi ilə qolu vuran Admer Mehmedi olub.
Oyunun vaxtına 3 dəqiqə əlavə olunub. İçveçrə komandası son 3 dəqiqəni lazımınca dəyərləndirib. Haris Seferoviç oyunun sonlarına yaxın komandasının 2-ci qolunu vurub. Beləcə "E" qrupunun ilk oyunu 2:1 hesabı ilə İsveçrənin qələbəsi ilə bitib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı