Bakıda İƏT-in Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin ikinci iclası keçirilib
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin ikinci iclası keçirilib. APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patient üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin direktoru Mir Yaqub Seyidov Azərbaycanın İƏT-in bütün komitələrində aktiv iştirak etdiyini deyib: "Patent sistemləri sahəsində informasiya mübadiləsinin aparılması bütün bu işlərin fəaliyyətinə təkan verəcək. Bunu həyata keçirmək üçün İƏT üzv ölkələri bir araya toplayaraq, bu ölkələr arasında əlaqələrin təşkilini, möhkəmlənməsini həyata keçirir".
Bundan sonra Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistanı təmsil edən nümayəndələrin, eləcədə İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələrinin hesabatları dinlənilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı