Sabirabadda baş verən avtoqəzada 5 nəfər yaralanıb
Sabirabadda baş verən avtoqəzada bir ailənin 5 üzvü yaralanıb. Hadisə rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb. APA TV-nin Mil-Muğan bürosuna Sabirabad YPX-dən verilən məlumata görə, Osmanlı kənd sakini 1980-ci il təvəllüdlü Xəqani Məmmədov idarə etdiyi "VAZ 21074" markalı avtomobillə ötmə əməliyyatı zamanı Qaragüney kənd sakini Firdovsi Əhmədovun idarə etdiyi traktora arxadan çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər 2005-ci il təvəllüdlü Aysun Novruzova, 1974-cü il təvəllüdlü Vahab Novruzov, 1984-cü il təvəllüdlü Ayna Məmmədova və 2007-ci il təvəllüdlü Mədinə Məmmədova Şirvan şəhər Xəstəxanasına çatdırılıblar. Sürücü və Aysun Novruzova reanimasiya, digərləri isə travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir