İngilislərə Kosta-Rika “badalağ”ı
Kosta-Rika millisi futbol üzrə dünya çempionatında D qrupunun ikinci turunda İtaliya yığmasını məğlub edib. Braziliyanının Resifi şəhərində keçmirilən qarşılaşma kosta-rikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
44-cü dəqiqədə Kosta-Rika millisi hücumçu Brayan Ruisin dəqiq zərbəsi ilə hesabda irəli çıxıb. Amma qolun qeydə alınması üçün hakim qolun təyin edilməsi üzrə avtomatik sistemdən istifadə etməli olub.
Qeyd edə ki, İtaliya millisi birinci turda ingilisləri 2:1 hesabı ilə, kosta-rikalılar isə Uruqvay yığmasını 3:1 hesabı ilə məğlub ediblər. Beləliklə, Kosta-Rika millisi 6 xal toplayıb və turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib. İngiltərə yığmasının xalı yoxdur. İngilislər dünya kuboku uğrunda mübarizəni davam etdirmək şansını itiriblər. İtaliya və Uruyvay milliləri isə növbəti mərhələ uğrunda mübarizəni davam etdirirlər. Qrupda sonuncu turun oyunları iyunun 24-də paralel keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir