Toydan çıxan azyaşlını maşın vurdu
Ağdam rayonunun Əhmədağalı kəndində 11 yaşlı uşağı maşın vurub. APA TV-nin Qarabağ bürosu xəbər verir ki, rayon sakini Əhliman Vəliyev idarə etdiyi VAZ 2106 markalı minik maşını ilə kənddə yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub. Sürücü bədən xəsarəti alan azyaşlını dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralının vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.
Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir