İŞİD türk girovları buraxacağını bəyan edib
İraq Şam İslam Dövləti terrorçu qrupu aralarında Türkiyənin Mosuldakı baş konsulu və diplomatları ilə bərabər, türk girovları azad edəcəyini bəyan edib. Bu barədə İŞİD-ə yaxın xəbər agentlikləri məlumat yayıb. Terrorçular bu addımın təxribatçılara ən yaxşı cavab olacağını bildiriblər.
Bu arada İŞİD-insıralarının genişlədiyi barədə xəbərlər yayılıb. Bildirilir ki, “Əl-Qaidə”nin Suriya qolu olaraq tanınan “Əl-Nusra cəbhəsi” silahlılarından da İŞİD-ə qatılanlar var. Onlardan biri qruplaşmanın Dəməşqdəki Quta bölgəsi komandirlərindən olan Şakir əş-Şamidir.
Suriyanın paytaxtı Dəməşqdə Əsəd rejiminə qarşı irili-xırdalı bir çox hücum həyata keçirən Əmr Şakir əş-Şami rəsmi "Twitter" hesabından verdiyi açıqlamada İŞİD əmiri Əbubəkr əl-Bağdadiyə beyət etdiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir