Bakıda yeni metrostansiyanın tikintisinə başlanacaq
"Yaxın vaxtlarda Səbayıl rayonunun Batamdar qəsəbəsində yeni metrostansiyanın tikintisinə başlanacaq".
Bunu APA TV-yə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, 2030-cu ilə kimi "Bakı Metropoliteni”nin 53 yeni stansiyanın tikilməsi nəzərdə tutulur. Batamdardakı stansiya "sarı xətt" üzrə inşa ediləcək: "Binəqədi ərazisindən başlayıb, Şıx çimərliyinə kimi uzanacaq yeni "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Badamdar" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur. Hazırda həmin stansiyanın hansı ərazidə tikilməsini söyləmək mümkün deyil. Ümumi sxem var, lakin stansiyaların yeri dəqiqləşməyib".
Nəsimi Paşayev deyir ki, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq çəkiləcək yeni xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrılıqda olacaq, yəni bir-biri ilə kəsişməyəcək: "Binəqədi stansiyasında əyləşən sərnişin Şıx dairəsinə kimi sadəcə yol üzərindəki stansiyalarda enib-minməklə sona kimi davam edəcək. "Qırmızı", "Bənövşəyi", "Mavi" və digər xətlər üzrə də eyni qayda tətbiq ediləcək".
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın üç şirkəti arasında beş anlaşma memorandumu imzalanıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir