Bakıda 7 nəfəri gün vurub
Bu ilin iyun ayında Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, onlardan 5-i kişi, 2-si qadındır. Gün vuranlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələr Bakının rayonlarında qeydə alınıb. Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3 halla bağlı polisə müraciət edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir