Gəncə Regional Elmi Mərkəzinin müdir müavini qəzada ölüb
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub. Ağır xəsarətlər alan Samir Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib. Samir Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.
Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir