Suriyada öldürülən daha bir azərbaycanlının kimliyi bilindi
Suriyada öldürülən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyunun 9-da Suriyanın Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində həlak olan azərbaycanlının Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Çingiz oğlu Əliyev olduğu müəyyən edilib.
Onun bir müddət əvvəl Azərbaycanı tərk edərək Suriyaya getdiyi və “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasına qoşulduğu bildirilir.
Xatırladaq ki, İ. Əliyevin öldürülməsi barədə azərbaycanlı döyüşçülər 10 gün əvvəl sosial şəbəkələrdə məlumat yayıblar. Döyüşçülər İ. Əliyevin meyitinin fotosunu da paylaşıblar.
Polis əməkdaşları məhz bu fotonun köməkliyi ilə onun şəxsiyyətini müəyyən edə biliblər.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir