Messi Argentinanı son anda xilas etdi: Argentina 1: İran 0
Braziliyada keçirilən dünya çempionatının "F" qrupunun növbəti qarşılaşmasında Argentina İranla üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi bu görüşdə də qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni erkən əldə etməyə çalışıb. APA TV-nin məlumatına görə, oyunun birinci hissəsində Argentinalı futbolçular hücum taktikasında oynasalar da, iranlılar müdafiəyə üstünlük veriblər. Hakim Milorad Majiçin idarə etdiyi oyunun birinci hissəsi heç-heçə bitib. Oyunun ikinci hissəsində də Argentina yığması hücum taktikasına üstünlük verib. Oyunun vaxtına əlavə edilən 4 dəqiqədə Messinin vurduğu qolla Argentina yığması hesabda irəli keçərək, dünya çempionatında ikinci turu təmin edib olub. Beləcə matç 1:0 Argentinanın xeyrinə bitib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir