Güclü küləyin Bakıda yaratdığı fəsadlar - GÖRÜNTÜ
Bakıda iyunun 21-dən 22-nə keçən gecədən başlayan külək hələ də davam etməkdədir. Küləyin yaratdığı fəsadları isə paytaxtda müşahidə etmək heç də çətin deyil. APA TV-nin məlumatına görə, tozun küləyə qarışdığı yerlər daha çox tikinti gedən ərazilərdədir.
"Xutor ərazisindəyik, burda gördüyünüz kimi tikinti işləri gedir və köməkçi yol salınır. Havanın küləkli olması isə buradakı tozları ətrafa yayır və beləliklə də havanın çirklənməsinə səbəb olur".
"Gördüyünüz kimi həmin ərazidə zibillər də yığışdırlmayıb. Külək zibilləri havaya sovurur".
"Bakıda külək öz fəsadlarını göstərməkdədir. "28 may" metrostansiyası ərazisindəyik. Burada da zibillər göyə sovrulur və insanların gediş-gəlişinə maneçilik yaradır".
Şəhər sakinləri də bundan çox narahatdırlar. Vətəndaşlar belə halların paytaxtda olan turistlər tərəfindən də yaxşı qarşılanmadığını bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir