Bakının mərkəzində yaşayış evinin tavanı çökdü, sakinlər xəsarət aldı
Paytaxtda Yasamal rayonu ərazisində ikimərtəbəli yaşayış binasının tavanı uçub. Hadisə Süleyman Tağızadə küçəsi 115 ünvanında qeydə alınıb.
"Uşaqları betonların altından güclə dartıb çıxardım. Çıxara bilmirdim. Uçan danışlar, betonlardan içəri giriləsi deyil. Bütün hər şey sınıq-sınıqdır. Evdə 6 nəfər idik. Bazar günüdür, hamı evdə olur. Oturduğumuz yerdə birdən tavan necə uçdusa göz-gözü görmədi. Daşlar evin içinə stolların üstünə töküldü".
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatı təkrar uçqun təhlükəsi ehtimal olunan ərazidə keçirildiyinə görə, 15 nəfər bina sakini təxliyə olunub. Qeyd edək ki, hadisə zamanı evdə olan sakinlərdən müxtəlif xəsarət alanlar var.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?