Azərbaycanlı hərbçi cəbhə xəttində minaya düşüb
Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. APA-nın məlumatına görə, hadisə cəbhənin Qazax istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb. Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?