Qəzada yaralanan jurnalist Anar Rəhimovu süni nəfəs aparatından ayırıblar
İyunun 16-da səhər saatlarında Bakı-Qazax yolunda üç avtomobilin toqquşması nəticəsində ağır xəsarət alan telejurnalist Anar Rəhimovun vəziyyəti ağır stabil olaraq qalır. Bakıdakı Mərkəzi Klinik Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəstə artıq süni nəfəs aparatından ayrılıb, özü sərbəst şəkildə nəfəs ala bilir. Anar Rəhimov artıq gözlərini açıb, dünən xəstənin anası ilə görüşünə icazə verilib. Həkimlərin sözlərinə görə, bu ünsiyyət Anar Rəhimovun psixikasına müsbət təsir edib. Onun sərbəst şəkildə ayaq və əl hərəkətləri etdiyi, danışmağa cəhd göstərdiyi bildirilir. Anar Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Anar Rəhimov Tovuzda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?