Xaçmazda mənşəyi məlum olmayan quş əti aşkarlanıb
Xaçmazda mənşəyi məlum olmayan quş əti aşkarlanıb. Budu və qanadı olmayan heyvan əti daha çox insanların sıx olduğu yerlərdə satılır. APA TV-nin xəbərinə görə, bu fakt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlar üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı üzə çıxıb.
Daha sonra şəhərin digər hissəsində də quş ətinin satışını həyata keçirən mənzillərə baxış keçirilib. Burada da istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?