İspaniya qapını bərk çırpdı: 3-0
Qrupda keçirdiyi iki oyunda məğlub olan İspaniya millisi Avstraliya yığmasına qarşı təsəlliverici görüşdə qalib gəlib. APA TV-nin məlumatına görə, azarkeşləri 3 qolla sevindirən İspaniya yığmasının ilk qolunu birinci hissənin sonlarında David Vilya vurub. Xuanfranın ötürməsini qola çevirən Vilya ilk oyunlarda start heyətinə daxil edilməməyi ilə bağlı tənqidlərin haqlı olduğunu isbatlayıb. İspanlar 69-cu dəqiqədə daha bir qola imza atıblar. İniyestanın ötürməsini Fernando Torres qolla yekunlaşdırıb. Dünya çempionatının qapısını bərk çırpmağı planlaşdıran ispanlar 82-ci dəqiqədə Xuan Mata ilə daha bir qola seviniblər. Avstraliya yığmasını 3-0 hesabı ilə məğlub edən İspaniya millisi yekunda qrupda 3-cü yeri tutub. Rəqib Avstraliya kimi ispanlarda bu oyunla çempionata vida ediblər.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?