Azərbaycan prezidenti Fransada bir sıra görüşlər keçirib
İlham Əliyev Fransaya işgüzar səfər edib. APA TV-nin xəbərinə görə, səfər çərçivəsində prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri An Brasör görüşüb. Görüşdə Azərbaycanla Avropa PA arasında əməkdaşlığın hazırkı vəziyyəti və prespektivləri müzakirə olunub. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər , o cümlədən Azərbaycanın Nazirlər Şurasına sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində fikir mübadiləsi aparılıb.
Daha sonra Prezident İlham Əliyev Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb. Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə edilib. Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verib. Söhbət zamanı Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 24 də prezident İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanla da görüş keçirib. Görüşdə Azərbaycanın Hüquq Mühafizə orqanları ilə İnsan hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr həyata keçirilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?