Bakıda qəzaya uğrayan maşın alışdı - YENİLƏNİB
Bakının Yasamal rayonunda yol qəzası baş verib. Hadisə nəticəsində azı 1 nəfər xəsarət alıb. Tbilisi prospekti ilə hərəkət edən "KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb, daha sonra isə yolun əks hərəkət hissəsinə düşüb. Qəza zamanı maşın alışıb.
Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər gənc salonu dərhal tərk edə bilib. Avtomobilin sürücüsü köməyə gələnlərə maşının ona məxsus olmadığını bildirib və hadisə yerindən uzaqlaşıb. Daha sonra məlum olub ki, sürücü Şəhər Klinik Xəstəxanasına müraciət edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və baş verə biləcək partlayışın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?