“Avtoş” maşını kanala aşırdı: 2 yaralı
Şirvanda avtoxuliqanlıq edən sürücü avtomobili kanala aşırıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə yarısı Şirvan şəhərinin H.Əliyev prospektində Baş Şirvan Kollektorunun üstündən keçən körpüdə baş verib. Şirvan sakini, 23 yaşlı Hüseynov Fərid Ağakişi oğlu “Renault” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 9 metrlik körpünün beton və metal sədlərini dağıdaraq, hündürlükdən kanala düşüb. Avtomobildə olan sürücü Fərid Hüseynov və sərnişin, Şirvan sakini 28 yaşlı Nağıyev Mübariz Zabil oğlu kanaldan üzüb xilas olublar. Hər iki şəxs yüngül xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Əraziyə polis əməkdaşları cəlb edilib, avtomobil kanaldan çıxarııb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?