Qoyunlarını xilas elədi, özü qatarın altında qaldı - FACİƏ
Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Qarasu kənd sakini, 1959-cu il təvəllüdlü Babayev Tacəddin Xanbala oğlunu Bakı-Qazax dəmir yolu xəttində qatar vurub.
Şahidlərin sözlərinə görə, Tacəddin Babayev səhər saatlarında qoyun otrarakən qatarın gəldiyini görüb və qoyunları geri qaytarmaq istəyərkən qatarın altına düşüb. Nəticədə T. Babayev hadisə yerində ölüb. Tacəddin Babayevin meyiti ekspertizadan keçirilmək üçün Şirvan şəhər məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə təhvil verilib. Faktla bağlı hacıqabul rayon xətt polisi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?