Cəlilabadda oğul ata və bacısını bıçaqladı
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəmnində atası, 48 yaşlı Rasim Nəhmətova və bacısı, 15 yaşlı Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib. Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.
Hər iki yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək müvafiq tibbi yardıma cəlb olunub. Ata ilə qızının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?