Fransa Ekvadora "Viza" vermədi
Dünya Çempionatının "E" qrupu oyununda Fransa ilə Ekvador qarşı-qarşıya gəliblər. APA TV-nin məlumatına görə, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə Ekvador yığması dünya çempionatında mübarizəni dayandırıb. Fransa yığması isə qrup mərhələsini lider kimi başa vurub. Fransa növbəti mərhələdə Nigeriya millisi ilə qarşılaşacaq.
Məlumat üçün qeyd edək ki, “Marakana” stadionundakı oyun komandaların tarixində ikinci olub. Ekvador və Fransa ilk dəfə 2008-ci ilin mayında yoldaşlıq oyununda qarşılaşıblar. Həmin qarşılaşma Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?