Güclü külək gözlənilir: Dövlət Bayrağı Meydanında bayraq endiriləcək
İyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq, Bakıda və rayonlarda güclü külək müşahidə olunacaq, havanın temperaturu düşəcək.
Qeyd edək ki, güclü küləklə əlaqədar bir sıra dövlət qurumlarına xəbərdarlıq da olunub. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaydığı məlumata görə, iyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar dövlət bayrağı hava sabitləşənədək endiriləcək.
Məlumatda o da bildirilir ki, bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?