Binəqədidə ev yanıb
Paytaxtın Binəqədi rayonunda yanğın olub. APA TV- nin məlumatına görə, hadisə Rəzulzadə qəsəbəsi döngə-1, mənzil 71- ünvanında yaşayan Rizvan Kazımov məxsus birmərtəbəli evdə qeydə alınıb. Evin damının alışdığını görən ev sahibi dərhal Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumat verib. Hadisə yerinə nazirliyin Dövlət yanğından Mühafizə İdarəsinin Binəqədi Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı xəsarət alan olmasa da ümumi sahəsi təqribən 74 kv.m olan 2 otaqlı evin tavan hissəsi və mənzildə olan soyuducu yanıb. Yanğın qısa zaman ərzində yanğın söndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə hadisə elektrik naqillərində yaranan qısa qapanma səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?