Tovuzun Ermənistanla həmsərhəd bölgəsində vəziyyət gərginləşib
Tovuzun Ermənistanla sərhəd kəndi Əlibəylidə vəziyyət yenidən gərginləşib. Kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə saat 22-dən başlayaraq saat 03.30-a kimi erməni silahlı qüvvələri kəndi iriçaplı silahlardan atəşə tutublar.
Yaşayış evlərə ziyan dəysə də, xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb.
Düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub.
Valeh Kərimovun bildirdiyinə görə, son bir neçə gündə erməni silahlı qüvvələri kəndi intensiv atəşə tutaraq sakinlərin kənd təsərrüfatı işləri ilə məşğul olmasına imkan vermir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?