Şəkidə yaşayış evi yanıb
Şəkidə yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Daşüz kəndində Tahir Aburəhmanova məxsus, ümumi sahəsi 120 kvadrat metr olan 4 otaqlı evdə baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 4 otaqlı evin 80 kvadrat metr dam örtüyü, evin bir otağı və bir sıra ev əşyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın zamanı evdə olan digər əşyalar qonşuların köməkliyi ilə evdən çıxarılıb. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?