Xəzərin Azərbaycan sektorunda zəlzələ olub
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gecə saat 01.30-da qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,1 olub, yer qatından 40 kilometr dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dünən saat 22.26 radələrində Azərbaycanda daha bir güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 kilometr dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub. Dağıntı yoxdur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?