Milli Ordunun əsgəri hərbçi yoldaşını qətlə yetirib
Azərbaycan Ordusunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İlkin Musayev aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?