Milli Ordunun əsgəri yanıb
Azərbaycan Ordusunun əsgəri yanıq xəsarətləri alıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində qeydə alınıb. Hərbi hissənin əsgəri Vüqar Mayis oğlu Qələbəgiyev hamamın sobasını yandırarkən üzərinə od sıçrayıb. Nəticədə bədinin müxtəlif nahiyələri yanan əsgər xəsarətlərlə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, Silahlı Qüvvələrin baş mütəxəssisləri əsgərin müalicəsi ilə məşğuldur. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?