Qəza anında özünü maşından atan kişi öldü, arvadı sağ qaldı
Sabirabadda ölümlə nəticələn yol qəzası baş verib. Baş Dövlət Yol Polisindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün Hacıqabul-Bəhrəmtəpə yolunun 36-cı kilometrliyində, Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində qeydə alınıb. Sumqayıtda məskunlaşan Füzuli sakini, 26 yaşlı Elşad Qəribov idarə etdiyi «NAZ Lifan» markalı avtomobili yoldan çıxararaq aşırıb. Sürücü avtomobilin yoldan çıxaraq aşdığını görüb və özünü avtomobildən çölə atıb. Elə həmin anda avtomobilin altında qalaraq ölüb. Avtomobildə olan sürücünün həyat yoldaşı Asya Qəribova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?