Kürdəmirdə faciə: 8 aylıq oğlan öldü, ata-anası və 2 bacısı ağır vəziyyətdədir
Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Niyamməddin Kərimov idarə etdiyi “KamAZ” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Mehrab Məmmədtağıyevə məxsus “VAZ - 2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və Mehrab Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Könül Məmmədtagıyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir üzvü - 8 aylıq Yusif isə hadisə yerində ölüb.
Mehrab Məmmədtağıyev deyib ki, maşında nasazlıq yaranıb, o səbəbdən kənarda saxlayıb: "Yoldaşım dedi, çörək yeyək. Uşağı götürdüm, onlar arxada çörək yeyirdi. Mən də qabaqda oturmuşdum. Bir də gördüm “KamAZ” gəldi, uşaqların üçü də yapışdı yerə".
Niyamməddin Kərimov isə deyib ki, onun maşınına başqa avtomobil dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?