İsrail Qəzzada 34 hədəfə hava zərbəsi endirdi!
İsrail döyüş təyyarələri Qəzza sektorunda 34 nöqtəyə havadan zərbələr endirib. APA TV-nin məlumatına görə, hava zərbələri nəticəsində bir fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb. İsrail ordusu 34 hədəfə zərbə endirildiyini təsdiqləyib. Ölkənin Silahlı Qüvvələrinin mətbua sözçüsü Peter Lerner bildirib ki, HAMAS və onu dəstəkləyən qruplaşmaların mövqelərinə hava zərbələri davam edəcək. İsrail tərəfi Qəzza sektorunda baş verən hər cür terror aktına görə məsuliyyəti HAMAS-ın daşıdığını açıqlayıb. Sosial şəbəkələrdə hava zərbələri nəticəsində yaralananların fotoları da yayımlanıb. Fotolar əsasında Qəzza sektorunda son zərbələrdən sonra çoxlu sayda insanın yaralandığı ehtimal olunur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?